Millimiz beynəlxalq turnirdə 2-ci oldu

millimiz-beynelxalq-turnirde-2-ci-oldu
Oxunma sayı: 1613

Qazaxıstanda təşkil olunmuş “Prezident kuboku” turnirinə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması final qarşılaşmasında Krasnodar Futbol Akademiyasının U-17 komandası ilə qarşılaşıb.

Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penalti seriyasında zərbələri daha dəqiq yerinə yetirən rəqib turnirin qalibi olub.