Millimiz Bosniya və Herseqovinaya məğlub oldu

millimiz-bosniya-ve-herseqovinaya-meglub-oldu
Oxunma sayı: 636

Sarayevo şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
 
“Qafqazinfo” xəbər verir ki, millimiz Bosniya və Herseqovinanın U-17 yığması ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
 
Qeyd edək ki, bu komandalar arasındakı ilk qarşılaşma qolsuz bərabərliklə yekunlaşmışdı.