Millimiz darmadağın oldu

millimiz-darmadagin-oldu
Oxunma sayı: 2246

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, Mirbağır İsayevin çalışdırdığı komandamız Bolqarıstanın Qorna Oreçovitsa şəhərindəki “Lokomotiv” stadionunda Ukrayna yığması ilə qarşılaşıb.

Futbolçularımız yenə meydanı biabırçı məğlubiyyətlə tərk ediblər.

Xatırladaq ki, millimiz qrupdakı ilk matçında İrlandiyaya 0:6 hesabıyla uduzub. Ukrayna isə Bolqarıstanı 3:0 hesabıyla yenib.

Azərbaycan – Ukrayna 1:6

Qollar: İsmayıl Zülfüqarlı, 17 - Mixaylo Mudrik, 3. Roman Yakuba, 15, Danilo Sikan, 35, Alan Aussi, 62. Stanislav Biblik, 78. Artyom Şulianski, 80+1.