Millimiz Litvanı evdə məğlub edə bilmədi

millimiz-litvani-evde-meglub-ede-bilmedi
Oxunma sayı: 2704

Bu gün Bakı vaxtı ilə saat 18:00-da futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq görüşü çərçivəsində bu ilin ilk oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, millimiz doğma azarkeşlər önündə Litva yığmasını qəbul edəcək. Artıq komandaların start heyətləri açıqlanıb.

Azərbaycan millisinin heyətində meydana Səlahət Ağayev, Qara Qarayev, Maksim Medvedev (k), Bədavi Hüseynov, Araz Abdullayev, Ramil Şeydayev, Eddi İsrafilov, Rüfət Dadaşov, Anton Krivotsyuk, Riçard Almeyda və Təmkin Xəlilzadə çıxacaqlar.

Qeyd edək ki, ilk turda Azərbaycan səfərdə Xorvatiyaya, Litva isə Lüksemburqa eyni hesabla uduzub - 1:2.

***

Oyunda ilk hissədə qapılara qol vurulmayıb. 

***

İkinci hissə başlayıb.

***

Oyun 0:0 hesabı ilə başa çatıb.