Millimiz mövqeyini qorudu

millimiz-movqeyini-qorudu
Oxunma sayı: 839

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Avropa çempionatında keçirilən oyunlardan sonra son siyahının ilk “10-luğ”unda dəyişikliklə baş verib.
 
Hazırda 10-cu sırada yer alan millimizin mövqeyində dəyişiklik olmasa da, xal hesabı artıb. Avropa çempionatında 2 matç keçirən komandamız qarşılaşmaların birində Fransaya qalib gəlib (5:3), digərində isə İspaniyaya uduzub (0:1). Bu nəticələrdən sonra millimiz aktivinə 1 xal əlvə edib. Millimizin hesabında artıq 1455 xal var. Bu matçlaradək yığmamızın hesabında 1454 xal var idi.
 
Siyahıya isə Braziliya başçılıq edir - 1931 xal. Cənubi amerikalıları AÇ-2018-in qrup mərhələsində Azərbaycan yığmasını məğlub edən İspaniya izləyir - 1859 xal. 1703 xala malik turnirin yarımfinalçısı Rusiya ilk “üçlüy”ü qapayır.
 
Ötən cədvəllə müqayisədə ilk 10 pillədə AÇ-2018-in qrupunda qalan İtaliya 1 pillə geriləyib və 7-ci pilləyə enib. Əvəzində isə qitə birinciliyində millimizin 1/4 finaldakı rəqibi Portuqaliya 1 pillə irəliləyərək 6-cı yerdə qərarlaşıb.
 
Avropa çempionatında uğurlu çıxış edərək yarımfinala adlayan Qazaxıstan millisi 1 pillə irəliləyərək 8-ci pillədə qərarlaşıb. Əvəzində Ukrayna 1 pillə geriləyib və 9-cudur.
 
İlk “onluq”
 
1. Braziliya - 1933
2. İspaniya - 1859
3. Rusiya - 1703
4. Argentina - 1691
5. İran - 1634
6. Portuqaliya - 1600
7. İtaliya - 1552
8. Qazaxıstan - 1513
9. Ukrayna - 1506
10. Azərbaycan - 1454