Millimiz Norveçə qalib gələ bilmədi - Yenilənib

millimiz-norvece-qalib-gele-bilmedi
Oxunma sayı: 2805

21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu keçirəcək. 

“Qafqazinfo” xəbər verir ki, Rəşad Sadıqovun komandası 5-ci qrupda Norveçlə qarşılaşacaq.

Yığmamız qrupda çıxmaq şansını itirsə də, ötən ay Bakıda 1:3 hesabı ilə uduzduğu rəqibindən revanş almağa çalışacaq.

Qrupun digər oyunlarında İsrail Kosovonu, Almaniya isə İrlandiyanı qəbul edəcək. 

Qeyd edək ki, komandamız qrupda keçirdiyi 9 oyunda qələbə qazana bilməyib. 7 oyunda məğlubiyyətlə üzləşən gənclərimiz 2 görüşdə heç-heçə edib.

16 oktyabr

Avropa çempionatı

Seçmə mərhələ, 5-ci qrup

20:15. Norveç - Azərbaycan
Hakimlər: Volen Çinkov, Deniz Sokolov, Miroslav Maksimov, Nikolay Yordanov (hamısı Bolqarıstan)
Drammen. "Maryenlist” stadionu.

***

Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar: 

Norveç: 1, Sondre Rossbak, Yuliyan Ryerson, Ulrik Yensen, 6. Vebyorn Hoff, 8. Morten Thorsbi (k), 9. Birk Risa, 11. Tobias Heintz, 15. Nikolas Mekelson, 16. Tobias Borkeiet, 17. Dennis Yonsen, 19. Leo Ostiqard
 
Azərbaycan: 12. Kamran İbrahimov, 2. Sərtan Taşkın, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (k), 6. Hacıağa Hacılı, 19. Eltun Turabov, 8. Budaq Nəsirov, 9 Fəhmin Muradbəyli, 15. Ömər Bulodov,  20. Yusif Nəbiyev, 11. Barış Ekincier

***

Yığmamız qrupda çıxmaq şansını itirsə də, ötən ay Bakıda 1:3 hesabı ilə uduzduğu rəqibindən revanş almağa çalışıb. Lakin matçın 9-cu dəqiqəsində hesabda irəli çıxan komandamız üstünlüyünü qoruya bilməyib. Meydan sahibləri 76-cı dəqiqədə hesabı bərabərləşdirib.

Qeyd edək ki, komandamız qrupda keçirdiyi 10 oyunda qələbə qazana bilməyib. 7 oyunda məğlubiyyətlə üzləşən, 3 görüşdə heç-heçə edən gənclərimiz qrup mərhələsini sonuncu pillədə başa vurub.

Norveç - Azərbaycan - 1:1

Qollar: Fəhmin Muradbəyli, 9 (0:1), Ostiqard, 76 (1:1)