Millimiz qalib gəlib, pley-off şansını qorudu - Fotolar+Video+Yenilənib

millimiz-qalib-gelib-pley-off-sansini-qorudu
Oxunma sayı: 9879

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Farer adaları yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:00-da start götürəcək.

Millimiz bu yarışın pley-off mərhələsinə yüksələmək və AŞ-2020-yə vəsiqə qazanmaq şansını saxlamaq üçün yer aldığı qrupda birinci yeri tutmalıdı. Bu baxımdan son iki görüş həlledici xarakter daşıyır.

Qrup mərhələsində mübarizəyə Bakıda Kosovo ilə qolsuz heç-heçə etməklə başlayan yığma, Malta ilə hər iki dueldən 1:1 hesablı bərabərliklə ayrılıb. Əvəzində komanda Farer adalarını səfərdə 3 cavabsız qolla üstələməyi bacarıb.

Farer adalarına gəlincə, skandinaviyalılar ilk qarşılaşmada Maltanı 3:1 hesabı ilə məğlub etsələr də, ardınca Kosovoya 2, Azərbaycana isə 3 cavabsız qolla uduzublar. Son turda Kosovo ilə evdə 1:1-lik bərabərə qalan farerlilər 4 xalla 3-cü sıradadılar.

Bu gün millimizin yer aldığı qrupun digər oyununda Malta Kosovonu qəbul edəcək.

UEFA Millətlər Liqası
D Liqası, 3-cü qrup
17 noyabr

21:00. Azərbaycan - Farer adaları 
Hakimlər: Dimitrios Masias, Marios Kalogiru, İoannis Lazaru, Omiros Tsiortsis, Vasilis Dimitriu, Lukas Sotiryu (hamısı Kipr). 
Bakı Olimpiya Stadionu.

21:00. Malta - Kosovo

Kosovo – 8, Azərbaycan – 6, Farer adaları – 4, Malta – 2.

***

Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

Azərbaycan: 1. Kamran Ağayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 21. Təmkin Xəlilzadə, 2. Qara Qarayev,  7. Araz Abdullayev, 13. Dmitri Nazarov,  17. Mahir Mədətov, 20. Riçard Almeyda, 16. Rüfat Dadaşov

Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Səlahat Ağayev, 3. Ürfan Abbasov, 8. Emin Mahmudov, 9. Mirabdulla Abbasov, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Şəhriyar Əliyev, 19. Rahil Məmmədov, 22. Əfran İsmayılov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev

Farer adaları: 1. Qunnar Nilsen, 3. Vilyormur Davidsen, 4. Atli Qreqersen, 5. Raqnar Nattestad, 6. Hallur Hansson, 8. Brandur Hendriksson, 9. Gilli Rolantsson, 10. Solvi Vatnhamar, 15. Odmar Faero, 19. Roqvi Baldvinsson, 21. Klamint Olsen

Ehtiyat oyunçular: 12. Teitur Gestsson, 23. Kristian Yoensen, 2. Maqnus Eqilsson, 7. Kay Bartalstovu, 11. Heyni Vatnsdal, 13. Arni Frederiksberq, 14. Meynhard Olsen, 17. Qunnar Vatnhamar, 18. Yoqvan Rua Davidsen, 20. Yoannes Byartalid, 22. Yakup Tomsen

***

Matç başladı.

***

Dmitri Nazarov 18-ci dəqiqədə hesabı açdı. Azərbaycan 1:0 hesabı ilə öndədir.

***

Mahir Mədətov 28-ci dəqiqədə hesabı 2:0 etdi.

***

Birinci hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

Artıq 90 dəqiqə geridə qaldı. Hakim 3 dəqiqə əlavə etdi.

***

Oyun bitdi. Beləliklə, Azərbaycan milli komandası rəqibini 2 qolla məğlub edərək pley-off şansını qorumağı bacardı.

Fotolar: Pərvin Zeynal