Millimiz rəqibini məğlub etdi

millimiz-reqibini-meglub-etdi
Oxunma sayı: 635

“Qafqazinfo”un AFFA-ya istinadən xəbərinə görə, Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

“Ekol” klubu ilə qarşılaşan millimiz 6:3 hesabı ilə qələbə qazanıb.

Vitali Borisovun 4 qol vurduğu oyunda hərəyə 1 dəfə Namiq Məmmədkərimov və Rüfət Balakişiyev fərqlənib.