Millimiz reytinqdə gerilədi

millimiz-reytinqde-geriledi
Oxunma sayı: 1615

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, millimizin mövqeyində 3 pillə geriləyib. Yığmamız 1202 xalla 108-ci pillədədir. Millimiz Mavritaniya (103), Haiti (104), Niger (105), Madaqaskar (106) və Kenyanı (107) izləyir.
 
Millətlər Liqasındakı rəqibimiz olan Kosovo 3 pillə irəliləyərək, 138-ci pillədə qərar tutub (1092 xal). Farer adaları 2 pillə geriləyib və 92-ci yerdə məskunlaşıb (1261 xal). Malta 1 pillə irəliləyərək, 183-cü yerdə qərarlaşıb (928 xal).
 
Siyahıya DÇ-2018-in bürünc mükafatçısı Belçika başçılıq edir (1729,25 xal). Son dünya çempionu Fransa ikincidir (1729,12 xal). Braziliya 3-cü (1663), Xorvatiya 4-cü (1643), Uruqvay 5-ci (1632), İngiltərə 6-cı (1612) yerdə qərarlaşıb.