Millimiz Rusiya ilə oyuna kapitansız çıxa bilər

millimiz-rusiya-ile-oyuna-kapitansiz-cixa-biler
Oxunma sayı: 644

“Qafqazinfo” Qol.az-a istinadən xəbər verir ki, bu haqda millimizin baş məşqçisi Berti Foqts bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

“Komandada ən böyük problemimiz Rəşad Sadıqovla bağlıdır. İki gün əvvəl zədələnib. Əgər bu gün və sabah məşqdə iştirak etməsə, Moskvada oynamayacaq” – deyə Foqts bildirib.

Rəşad Sadıqov da açıqlamasında zədəli olduğu üçün məşqlərə çıxa bilmədiyini bildirib: “Sağ ayağım burxulduğu üçün ora su yığılıb. Məşq edə bilmirəm. Lakin bir daha həkim müayinəsindən keçəcəyəm. Bundan sonra Rusiyaya qarşı oynayıb-oynamayacağım dəqiqləşəcək. Amma düşünürəm ki, bir həftə məşq etmədən Rusiya kimi komandaya qarşı oynamaq düz olmazdı”.