Millimiz sonuncu olmamaq üçün mübarizə aparacaq

millimiz-sonuncu-olmamaq-ucun-mubarize-aparacaq
Oxunma sayı: 635

“Qafqazinfo”nun verdiyi məlumata görə, bu məğlubiyyətlə millimiz 3-cü pilləyə yüksəlmək şansından yararlana bilməyib.
Belə ki, 4-cü sırada qərarlaşan yığma 3-cü pillədəki Norveçi məğlub etsəydi, skandinavlarla xallarımızın sayı bərabərləşəcəkdi. Hazırda 6 oyundan sonra hesabında 4 xal olan Lippertin yetirmələri 5-ci pillədəki İslandiyanı 1 xal qabaqlayır. Komandamız iyunun 5-də İslandiya yığması ilə qarşılaşacaq. Millimiz bu oyunda məğlub olarsa, sonuncu pilləyə yuvarlanacaq.

1. İngiltərə 6 oyun 15 xal
2. Norveç 5 10
3. Belçika 6 8
4. Azərbaycan 6 4
5. İslandiya 5 3

Azərbaycan və İslandiya yığmalarının qrupda qalan oyunlarının təqvimi belədir:

5 iyun İslandiya – Azərbaycan
12 iyun Norveç – İslandiya
6 sentyabr Azərbaycan – İngiltərə
10 sentyabr Belçika – İslandiya

Ceyhun Əhmədov