Kosovo millimizi rüsvay etdi - Yenilənib

kosovo-millimizi-rusvay-etdi
Oxunma sayı: 9088

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının D liqasının 3-cü qrupunda son matçına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, 9 xalla qrupda ikinci pillədə yer alan yığmamız 11 xalla birinci pillədə qərarlaşan Kosovo ilə səfərdə qarşılaşacaq.

Qrupu lider başa vurmaq və D liqasının yarımfinalına yüksəlmək üçün komandamıza bu matçda yalnız qələbə lazımdır.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə 23:45-də başlayacaq.

*** 

Komandaların start heyətləri məlum olub:

Kosovo:  12. Ariyenet Muriç, 3. Fidan Aliti, 5. Herolind Şala, 6. Hekuran Kryeziu, 7. Milot Raşitsa, 10. Arber Zeneli, 13. Amir Rahmani, 14. Valon Berişa (k), 15. Mergim Voyvoda, 17. Bencamin Kololli, 18. Vedat Muriqi

Ehtiyat oyunçular: 1. Samir Uykani, 16. Visar Bekay, 2. Arbenit Xhemayli, 4. İdriz Voka, 8. Besar Halimi, 9. Bersant Tselina, 11. Donis Avdiyay, 19. Leart Pakyarada, 20. Mirlind Kryeziun, 21. Atdhe Nuhiu, 22. Edon Yegrova, 23. Lirim Kastrati

Baş məşqçi: Bernard Şalland

Azərbaycan: 23. Səlahat Ağayev, 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə

Ehtiyat oyunçular: 12. Emil Balayev, 1. Şahruddin Məhəmmədliyev, 3. Ürfan Abbasov, 8. Emin Mahmudov, 9. Mirabdulla Abbasov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Şəhriyar Əliyev, 19. Rahil Məmmədov, 22. Əfran İsmayılov

Baş məşqçi: Qurban Qurbanov

***

Matç başladı.

***

Arber Zeneli ikinci dəqiqədə hesabı açdı. Kosovo 1:0 hesabı ilə öndədir.

***

Komandalar fasiləyə yollandı.

***

İkinci hissə başladı.

***

Arber Zeneli 50-ci dəqiqədə dubl edir. Kosovo ikinci qolu vurdu- 2:0

***

Amir Rrahmani 61-ci dəqiqədə hesabı 3:0 etdi. 

***

Arber Zeneli 75-ci dəqiqədə het-trik edir- 4:0

***

Qarşılaşma Azərbaycanın məğlubiyyəti ilə bitdi.