Millimiz UEFA-nın turnirində 2-ci yeri tutdu

millimiz-uefa-nin-turnirinde-2-ci-yeri-tutdu
Oxunma sayı: 644

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində 2-ci yeri tutub. 

“Qafqazinfo” xəbər verir ki, son oyunda Qazaxıstan komandası ilə qarşılaşan yığmamız Lamiyə Qurbanovanın dublu sayəsində 2:0 hesabı ilə qələbə qazanıb.

Xatırladaq ki, yığmamız turnirin ilk oyununda Bosniya və Herseqovina komandasına 1:3 hesabı ilə məğlub olmuş, növbəti qarşılaşmada isə Monteneqro yığmasına penalti seriyasında qalib gəlmişdi.