Millimiz yenə uduzdu - Bu dəfə darmadağınla + Video + Fotolar

millimiz-yene-uduzdu
Oxunma sayı: 5821

Azərbaycan yığma komandası AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində bu gün növbəti görüşünə çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, milli komandamız Slovakiyanı qonaq edəcək. 

Bundan əvvəl keçirdiyi hər iki görüşü uduzan yığmamız evdə xal qazanmağa çalışacaq. 

AÇ-2020-nin seçmə mərhələsi

11 iyun, E qrupu

20:00. Azərbaycan - Slovakiya

Hakimlər: Con Biton, Alan Malvenni, Sin Karr, Donald Robertson (hamısı Şotlandiya)

Bakı. "Bakcell Arena"

**

Matç başladı. 

** 

Slovakiya millisi hesabı açdı. 8-ci dəqiqədə Stanislav Lobotka fərqləndi. 

**

Slovakiya 27-ci dəqiqədə hesabı 2:0 etdi. Bu dəfə Yuray Kuçka fərqlənməyi bacardı. 

**

Millimiz Ramil Şeydayevin sayəsində hesab arasındakı fərqi azaltdı. 2:1.

**

Slovakiyadan millimizə növbəti qol. Marek Hamşik 30-cu dəqiqədə hesabı 3:1 etdi. 

**

Slovakiya millisinin futbolçusu Marek Hamşek dubl edərək hesab arasındakı fərqi bir az da artırıb. 4:1. 

**

Slovakiya millisi 85-ci dəqiqədə hesabı 5:1 etdi. Bu dəfə David Hantsko fərqlənməyi bacardı.

**

Matç başa çatdı. Slovakiya millisi 5:1 hesabı ilə Azərbaycan komandasına qalib gəldi. 

Elsevər Məmmədov

Fotolar: Pərvin Zeynal