Millimizdə itki - Məşqə qatılmadı

millimizde-itki
Oxunma sayı: 1693

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandası yanvarın 30-da Antalyada Moldova ilə yoldaşlıq görüşü keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, matç öncəsi yığmamız itki ilə üzləşib.

Belə ki, qapıçı Kamran Ağayev yüksək hərarəti olduğundan oyunöncəsi məşqə qatılmayıb. Onun matça çıxıb-çıxmayacağı sabah keçiriləcək müayinədən sonra bilinəcək.

Qeyd edək ki, Azərbaycan – Moldova matçı “Mardan” stadionunda Bakı vaxtı ilə saat 20:00-da başlayacaq və "CBC Sport"dan canlı yayımlanacaq.