Millimizdə yeni baş məşqçi

millimizde-yeni-bas-mesqci
Oxunma sayı: 3161

15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi müəyyənləşib.

“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Famil Xəlilova həvalə olunub.

Ötən mövsüm "Qəbələ" klubunun U-19 komandasının baş məşqçisi vəzifəsində çalışan Famil Xəlilovun rəhbərliyi ilə komanda AFFA-nın Gənclər Liqasının qalib olub.