Millimizdən böyük hesablı qələbə

millimizden-boyuk-hesabli-qelebe
Oxunma sayı: 646

“Qafqazinfo”nun verdiyi məlumata görə, millimiz Bəhreynlə qarşılaşıb.
Foqtsun yetirmələri zəif rəqibi üzərində inamlı qələbə qazanıb. 35-ci dəqiqədə “Xəzər Lənkəran”ın forvardə Branimir Subaşiç hesabı açıb. İkinci hissədə Cihan Özkara və Cavid Hüseynov fərqi artırıb – 3:0. Oyun bu hesabla da başa çatıb.

15 avqust
Beynəlxalq yoldaşlıq görüşü
18:00. Azərbaycan - Bəhreyn - 3:0
Qollar: Branimir Subaşiç, 35 (1:0), Cihan Özkara, 59 (2:0), Cavid Hüseynov, 79 (3:0)
Hakimlər: George Vadaçkoria, Giorgi Kruaşvili, Levan Varamişvili (hamısı Gürcüstan)
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
34-cü dəqiqədə Rəşad Sadıqov penalti zərbəsindən yararlana bilməyib.
Azərbaycan: Kamran Ağayev, Elnur Allahverdiyev (Vladimir Levin, 72), Branimir Subaşiç (Vaqif Cavadov, 82), Rauf Əliyev (Ufuq Budaq, 46), Rəşad Sadıqov (k), Ruslan Abışov (Aleksandr Çertaqanov, 76), Vüqar Nadirov (Rizvan Umarov, 73), Maksim Medvedyev, Rahid Əmirquliyev (Cihan Özkara, 46), Cavid Hüseynov, Əli Gökdəmir
Bəhreyn: Əhməd Abbas, İsa Salman, Yusif Abdulla, Duaij Məhəmməd, Abdülhəmid Saleh, Saad Davud, Əli Abdülvəhab, Abdülrəhman Mahmud, Xəlil Rəşid, Yusuf Fahad, İsmayıl Abdulla

Ceyhun Əhmədov