Millimizdən qrupda 2-ci məğlubiyyət - Yenilənib

millimizden-qrupda-2-ci-meglubiyyet
Oxunma sayı: 5134

Bu gün Avro-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçiriləcək

“Qafqazinfo” xəbər verir ki, yığmamız evdə Macarıstanı sınağa çəkəcək. Birinci turda Xorvatiyaya uduzan komandamız ilk xalını qazanmağa çalışacaq.

Macarıstan millisi üçün isə bu, qrupda 3-cü görüş olacaq. Macarlar qrupun ilk oyununda Slovakiyaya məğlub olub, ikinci turda isə Xorvatiyaya qalib gəlib.

Qeyd edək ki, bu gün E qrupunda millimizin matçı ilə yanaşı, Xorvatiya - Ules oyunu da keçiriləcək.

E qrupu

20:00. Azərbaycan - Macarıstan
Baş hakim:
 Kevin Blom (Hollandiya)
Bakı, "Bakcell Arena"

***

Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 10. Mahir Əmrəli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 17. Renat Dadaşov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 3. Şəhriyar Rəhimov, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyubov, 15. Ömər Buludov, 19. Əli Babayev, 21. Pavel Paşayev, 22. Aleksey İsayev

Baş məşqçi: Nikola Yurçeviç

Macarıstan: 1. Peter Qulaşçi, 14. Qerqö Lovrençiç, 2. Botond Barat, 6. Orban Villi, 3. Mihai Korhut, 15 Laslo Klyainhlaisler, 8. Adam Nad, 18. Dominik Nad, 10. Dominik Soboslai, 7. Balaş Cucak (k), 9. Adam Salai Ehtiyat oyunçular: 12. Denes Dibuş, 22. Adam Kovaçsik, 4. Yanos Ferensi, 5. Paulo Vinisius, 11. Kristian Nemet, 13. Solt Kalmar, 16. Mate Patkai, 17. Roland Varqa, 19. David Holman, 20. İstvan Kovaç, 21. Tamas Kadar, 23. Filip Holender

Baş məşqçi: Marko Rossi

***

Oyun başladı.

***

Macarıstan hesabı açdı. 18-ci dəqiqədə Orban Villi fərqlənib.

***

İkinci hissə başlayır. 

***

Macarıstan millisi hesab arasındakı fərqi artırır. 53-cü dəqiqədə Villi Orban dubl edir.

***

Mahir Emreli 69-cu dəqiqədə hesabı 1:2 edir.

***

Macarlar 71-ci dəqiqədə 3-cü qolun vurur. David Holman fərqlənir.

***

Matç bitdi.

Foto: Pərvin Zeynal