Millimizin FİFA reytinqində mövqeyi açıqlandı

millimizin-fifa-reytinqinde-movqeyi-aciqlandi
Oxunma sayı: 1224

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisinin mövqeyi dəyişməyib. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 1191 xalla 109-cu sırada qərarlaşıb.
 
Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya 8-ci (1625 xal), Uels 23-cü (1522 xal), Slovakiya 29-cu (1493 xal), Macarıstan isə 50-ci yerdə (1430 xal) məskunlaşıb.
 
Cədvələ 1752 xalla Belçika başçılıq edir. Fransa 1725 xalla ikinci, Braziliya 1719 xalla üçüncüdür.