Millimizin futbolçusu ata oldu - Fotolar

millimizin-futbolcusu-ata-oldu
Oxunma sayı: 2153

Azərbaycan millisinin və “Sabah” klubunun üzvü Təmkin Xəlilzadə ata olub.

“Qafqazinfo” xəbər verir ki, futbolçunun Adel adlı qız övladı dünyaya gəlib. İnstagram hesabından fotolar paylaşan futbolçu hisslərini belə ifadə edib:

“Bapbalaca, heç tanımadığın birini qucağına verirlər. Baxıb görürsən ki, necə də sənə bənzəyir. Allahın möcüzəsidir mənim üçün. Ona baxdıqca həyatımın yenidən başladığını görürəm.

Adel, mən hər zaman sənin qərarlarını dəstəkləyəcəm, ayaqlarını yerə bərk basmağın və cəmiyyətdə hər zaman yerinin olması üçün arxandan bir an olsun çəkilməyəcəyəm. Artıq bir yox, iki sevgilim var”.