Millimizin heyəti açıqlandı

millimizin-heyeti-aciqlandi
Oxunma sayı: 629

Martın 29-da və 30-da Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək futzal üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, braziliyalı baş məşqçi Bİro Jade bu matçlara oyunçu çağırıb.

Bunlar qapıçılar Rövşən Hüseynli, Elnur Zamanov, sahə oyunçuları Anar Məmmədov, Faiq Əliyev, Fərid Atakişiyev, Xətai Bağırov, Everton Kardosa, Fineo de Araujo, Rizvan Fərzəliyev, Namiq Məmmədkərimov, Eduardo Mello Borges, Villiams Oliveira Do Nascimento, Tyaqo Teles Martins,

İsa Atayev və Oqtay Rüstəmlidir. 

Qarşılaşmalar saat 18:30-da, Bakı İdman Sarayında keçiriləcək.