Millimizin keçmiş üzvü qəzaya uğradı - Çiyni sındı

millimizin-kecmis-uzvu-qezaya-ugradi
Oxunma sayı: 1305

Milli komandamızın sabiq üzvü və hazırda “Manisaspor”un futbolçusu olan Uğur Pamuk avtomobil qəzasına uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Qəza nəticəsində 28 yaşlı yarımmüdafiəçinin çiynində sınıq aşkarlanıb. Pamukun 1 aydan çox yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Xatırladaq ki, millimizdə də oyun keçirən Uğur Pamuk ölkəmizin “Xəzər Lənkəran” və “Sumqayıt” klublarında çıxış edib.