Millimizin mövqeyi dəyişmədi

Millimizin mövqeyi dəyişmədi
Oxunma sayı: 392

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan yığması əvvəlki kimi yenə 126-cı sırada qərarlaşıb. Millimizin hesabında 245 xal var. Qurban Qurbanovun komandası Yəmənlə Antiqua və Barbudadan (251) bir pillə geri qalıb, Sudanla (245) isə eyni pilləni bölüşür.

Yoldaşlıq görüşündəki rəqiblərimizdən Qırğızıstan (424) millisi 75-ci, Qazaxıstan (273) yığması 117-ci, Latviya (217) seçməsi isə 139-cu sırada yer alıb. Millətlər Liqasındakı rəqiblərimizdən Farer adaları (364) 93-cü, Kosovo (164) 152-ci, Malta (62) isə 185-ci pillədə qərarlaşıb.

Siyahıya Almaniya (1544) millisi başçılıq edir. Son dünya çempionlarını Braziliya (1384) və Belçika (1346) yığmaları izləyir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi