Millimizin oyunçusu Bundesliqada çıxış edə bilər

millimizin-oyuncusu-bundesliqada-cixis-ede-biler
Oxunma sayı: 626

Azerisport.az xəbər verir ki, onunla ikinci Bundesliqa klublarından biri yaxından maraqlanır.

Almaniya mətbuatının iddiasına görə “Paderborn” “Feriburg”un ikinci komandasında top qovan iki futbolçunu heyətinə qatmağa çalışır. Bunlardan biri yarımmüdafiəçi Erix Sartner, digəri isə Ufuk Budaqdı.

Qeyd edək ki, “Paderborn” hazırda ikinci Bundesliqada 4-cü pillədə qərarlaşıb. Komanda son tur ərəfəsində Düsseldorf “Fortuna”sı ilə birgə 61 xala malikdi. “Paderborn” son turun nəticələrindən asılı olaraq, üçüncü pilləni tuta bilsə, əsas Bundesliqada 16-cı olacaq komanda ilə elitaya düşmək uğrunda pley-off matçına çıxacaq.