Millimizin oyunu türkiyəli hakimlərə əmanət

millimizin-oyunu-turkiyeli-hakimlere-emanet
Oxunma sayı: 1075

Azərbaycancan millisinin Antalyada Makedoniya ilə keçirəcəyi yoxlama oyununu idarə edəcək hakimlər müəyyənləşib.

“Qafqazinfo” Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, matçın baş hakimi Halis Özkahya olacaq. Ona Kemal Yılmaz və Kerem Ersoy yardım edəcək. Dördüncü hakim funksiyasını Ali Palabıyık yerinə yetirəcək.

Qeyd edək ki, martın 27-də Antalyadakı “Mardan” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.