Millimizin oyununu idarə edəcək vəkil

Millimizin oyununu idarə edəcək vəkil
Oxunma sayı: 468

DÇ-2018-in seçmə oyununda millimizin səfərdə Almaniya ilə qarşılaşmasını idarə edəcək latviyalı Andris Treimanis azarkeşlərmizə tanışdı.

“Qafqazinfo” xəbər verir ki, o, indiyə kimi 4 dəfə təmsilçilərmizin matçına təyinat alıb. Bu oyunların heç birində məğlub olmayan komandalarımız üçün adıçəkilən referini uğurlu saymaq olar. O, ilk dəfə “AZAL Arena”da “Olimpik-Şüvəlan”ın Avropa Liqasının ilkin təsnifat mərhələsində Belarus “Minsk”i ilə matçını (1:1) idarə edib. Həmin qarşılaşmada fit sahibi “təyyarəçilər”in 1, rəqibin isə 3 oyunçusuna sarı vərəqə göstərib.
 
Treimanis növbəti 3 qarşılaşmalarda müxtəlif yaş qrupu üzrə yığmalarmızın görüşündə fit çalsa da, heç vaxt əsas millimizin matçında iştirak etməyib.
 
2011-ci ildə AÇ-2012-nin seçmə mərhələsində 17 yaşlılardan ibarət yığmamızın Ukrayna ilə bərabərə qaldığı matçda (0:0) o da sarı vərəqələri bərabər paylayıb – 1:1. Bu qarşılaşmadan bir neçə gün sonra u-17-nin Xorvatiyanı üstələdiyi (2:1) oyunda o təmsilçimizin 2 futbolçusuna xəbərdarlıq edib.
 
Referi bir də bundan 3 il sonra – 2014-cü ildə yığmamızın oyununa təyinat alıb. 21 yaşlılardan ibarət millimizin AÇ-2015-in seçmə oyununda evdə İsraili 3:0 hesabı ilə darmadağın etdiyi matçda o komandamızın 2 oyunçusuna sarı vərəqə göstərib.
 
Qeyd edək ki, latviyalı 32 yaşlı ədalət təmsilçisi 2011-ci ildən FİFA referisi statusunu daşıyır. O, bu müddətdə idarə etdiyi 45 beynəlxalq matçda futbolçulara 143 sarı, 5 qırmızı vərəqə göstərib. “Qarapaltalı” həmçinin, 23 dəfə də qapılara penalti təyin edib. 
 
Maraq üçün bildirək ki, rus, ingilis və alman dillərində də bilən referi təkcə meydanda ədaləti qorumur. O, ixtisasca vəkildi. Futboldan başqa boks, basketbol və musiqiyə də marağı var.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi