Millimizin üzvü Çexiyada iki qol vurdu

millimizin-uzvu-cexiyada-iki-qol-vurdu
Oxunma sayı: 1990

Çexiyanın futbol üzrə gənclər liqasında 8-ci turun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Dinamo Çeske” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan bərabərliklə ayrılıb - 4:4.

Start heyətdə meydana çıxan Fərid 45 və 58-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. O, 86-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Slaviya”nın U-21 komandası hazırda 7 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb.