Millimizin yeni baş məşqçisi rəsmən açıqlandı

millimizin-yeni-bas-mesqcisi-resmen-aciqlandi
Oxunma sayı: 5237

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.

“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, bu posta xorvatiyalı mütəxəssis Nikola Yurçeviç təyin olunub.

Yaxın günlərdə məşqçi ilə müvafiq müqavilə imzalanacaq.

Qeyd edək ki, məşqçilik karyerasına 2002-ci ildə ölkəsinin “Zaqreb” klubunda başlayan Yurçeviç daha sonra Zaqreb “Dinamo”su, Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” komandalarını çalışdırıb. O, 2006-2017-ci illərdə müvafiq olaraq Xorvatiya yığması, Moskva "Lokomotiv"i, "Beşiktaş" və "Vest Hem"də Slaven Biliçin köməkçisi olub. Yurçeviç son olaraq Zaqreb “Dinamo”sunu çalışdırıb. O, ötən mövsümün sonuna 2 tur qalmış istefaya göndərilib.