Millinin düşərgəsini erkən tərk etdi

millinin-dusergesini-erken-terk-etdi
Oxunma sayı: 1280

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, Renat Dadaşov Almaniya millisi ilə oyunda zədələndiyi üçün yığma komandadan ayrılıb.

Qeyd edək ki,  "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Kosovo matçı noyabrın 14-ü saat 18:00-da başlayacaq.