Millinin sabiq üzvü məşq zamanı öldü

millinin-sabiq-uzvu-mesq-zamani-oldu
Oxunma sayı: 643

Qabon millisinin sabiq futbolçusu Mois Brou Apanqa vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, məşq zamanı ürəyi dayanan və huşunu itirərək yerə yıxılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
 
Apanqa karyerası ərzində İtaliyada “Peruca” və “Breşiya”, Fransada isə “Brest”də forma geyinib. 35 yaşlı futbolçu cari mövsümdən ölkəsinin "F-105 Liberville" komandasında çıxış edirdi.
 
O, 2007-2013-cü illər aralığında Qabon millisinin şərəfini qoruyub.