Millinin sabiq üzvü öldü

Millinin sabiq üzvü öldü
Oxunma sayı: 17

İngiltərə millisinin sabiq futbolçusu Uqo Ehioqu vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, “Tottenhem”in U-23 komandasının baş məşqçisi olan Ehioqu məşq zamanı bir anda yerə yıxılıb və dərhal xəstəxanaya çatdırılıb. Reanimasiyaya yerləşdirilən 44 yaşlı mütəxəssisin həyatını xilas etmək mümkün olmayıb.
 
Futbolçu karyerası ərzində “Vest Bromviç”, “Uembli”, “Aston Villa”, “Midlsbro”, “Lids”, “Reyncers” və “Şeffild Yunayted”də çıxış etmiş sabiq müdafiəçi, 4 oyunda İngiltərə millisinin də şərəfini qorumuşdu.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi