Milliyə italyan baş məşqçi gətirildi

milliye-italyan-bas-mesqci-getirildi
Oxunma sayı: 1366

Qadınlardan ibarət voleybol üzrə Azərbaycan millisinə baş məşqçi təyin edilib.

“Qafqazinfo” Avropa Voleybol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, millini italiyalı Covanni Kaprara çalışdıracaq. 57 yaşlı mütəxəssis komandanı Marsello Çervellin,  Famil Ağayev və Emin Abilovun yardımı ilə idarə edəcək.

Qeyd edək ki, Covanni Kaprara daha əvvəl bir çox klubların, həmçinin, Rusiya və Yunanıstan yığmalarının baş məşqçisi olub.