Miloş Zeman prezident seçkilərinin ilk turunda qalib gəldi

milos-zeman-prezident-seckilerinin-ilk-turunda-qalib-geldi
Oxunma sayı: 2540

Xəbər verdiyimiz kimi, Çexiyada bu gün prezident seçkiləri keçirilib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq səsvermənin ilkin nəticələri hesablanıb. Çexiyanın hazırki prezidenti Miloş Zeman 39,1 faiz səs toplayaraq seçkilərin ilk turunun qalibi olub.

Miloş Zemandan başqa ikinci tura 26,3 faiz səs toplayan Elmlər Akademiyasının sabiq sədri İrji Draqoş da keçib.

Qeyd edək ki, prezident seçkilərinin ikinci turu yanvar ayının 26-27-də keçiriləcək.