Milyarder sevgili, minlərlə izləyici... - “Göylərə uçan” 7 stüardessanı siz də tanıyın + Fotolar

milyarder-sevgili-minlerle-izleyici
Oxunma sayı: 3671

Hər il 12 iyul tarixini bütün dünya Mülki Aviasiya bələdçiləri günü kimi qeyd edir. Bu münasibətlə “Qafqazinfo” həmin peşənin ən uğurlu nümayəndələrini sizə təqdim edir:

Valentina Qriqoryeva – siyasətçi Mixail Abızovun sevgilisi. Dəfələrlə Rusiyanın ən gözəl stüardessası adına layiq görülüb.

İrina Abramoviç – milyarder Roman Abramoviçin keçmiş həyat yoldaşı. Boşanmadan sonra ona keçmiş ərindən xeyli var-dövlət qalıb.

Məryəm Əbdül Əziz -  Bruney Sultanı Həsən Əl-Bolkiahın keçmiş həyat yoldaşı.

Yana Heyniş – keçmiş model və İnstaqramda 113 min izləyici olan Almaniyanın “ən isti” stüardessası.

Briqitta Jaqelavisüt – stüardessa və sadəcə Litvanın gözəl qızı. İnstaqram izləyicilərinin sayı 76 mindir.

Kiki Kirati – Tailanddan olan stüardessa gözəl təbəssümü ilə 58 min pərəstişkar toplaya bilib.

Robin Ferqüson – Şotlandiyadan olan cazibədar stüardessanın 47 min İnstaqram izləyicisi var.