Milyarder sevgilisini onunla əvəz etdi - Foto

milyarder-sevgilisini-onunla-evez-etdi
Oxunma sayı: 2767

Hollivudun məşhur aktrisalarında olan Ember Herd özünə yeni sevgili tapıb.

“Qafqazinfo” “spletnik.ru”ya istinadən xəbər verir ki, 31 yaşlı aktrisa bir müddət öncə milyarder Elon Maskdan ayırılıb.

Artıq Ember özünə yeni sevgili tapıb. Bu kaskadyor Kelli Maknotdur. O, əvvəllər aktyor Dueyn Consonu çəkilişlər zamanı təhlükəli səhnələrdə əvəz edib.

Kelli son olaraq “Aquaman” filmində aktyor Ceyson Momoanın kaskadyorluğunu edib. Ember və Kelli film çəkiliş zamanı tanış olublar.

Aktrisanın rəsmi nümayəndəsi isə yayılan xəbərlərə münasibət bildirməyib.

Qeyd edək ki, Ember Herd ötən il aktyor Conni Deppdən boşanıb.