Milyarder Trampın impiçmenti üçün kampaniyaya başladı - Video

milyarder-trampin-impicmenti-ucun-kampaniyaya-basladi
Oxunma sayı: 1508

Amerikalı milyarder Tom Stayer prezident Donald Trampın impiçmenti üçün kampaniya başlatdığını elan edib. “Qafqazinfo” xəbər verir ki, bunu milyarder yayımladığı video çarx vasitəsilə açıqlayıb. 

Video müraciətində Stayer Trampı ABŞ-ı nüvə müharibəsi ilə üz-üzə qoymaqda, Federal Axtarış Bürosunun ədalətinə mane olmaqda, konstitusiyaya məhəl qoymamaqda, digər ölkə hökumətlərindən pul almaq və  KİV-ləri bağlamaqla təhdid etməkdə ittiham edib:

“Əgər bu təhlükəli prezidenti istefaya göndərmək üçün əsas deyilsə, o zaman bizim hökumət harda qaldı?”

Stayer, həmçinin bəyan edib ki, Amerika konqresi Trampın təhlükə yaratdığını anlayır: “Ağıl tarazlığı yerində deyil, bununla yanaşı nüvə silahı ilə silahlanıb”.