Dünyada elə eksklüziv oyuncaqlar var ki, onların qiyməti milyonlarla ölçülür.
"Qafqazinfo" xəbər verir ki, buna səbəb həmin oyuncaqların hazırlanmasında qızıl, daş-qaşlar, bahalı dəri və digər məmulatlardan istifadə olunmasıdır.
Rubik Kubu - 2,5 milyon dollar
Adi Rubik Kubu plastikdən hazırlanır və ondan səliqəli şəkildə istifadə olunmadıqda asanlıqla qırılır. Fred Kuellar Rubik Kubunun əsl həvəskarları üçün qızıl, zümrüd, ametist və rubindən yararlanmaqla oyuncaq hazırlayıb. Ki, bunun da dəyəri 2,5 milyon dollardır.
2,59 milyon dəyərində olan futbol topu
Futbol üzrə 2010-cu ildə keçirilən Dünya çempionatının şərəfində Cənubi Afrika brendi "Shimansky" ağ və qara brilliantlarla örtülmüş futbol topunu təqdim edib. Topun hazırlanmasına 3 ay vaxt sərf olunub.
Barbi kuklası
Bir çox qızların sevimli oyuncağı olan Barbinin ən bahalısı 302500 dollardır. Bunu Stefano Kanturi yaradıb. Qara gecə libası geyinmiş kuklanın boğazını çəhrayı brilliantdan olan boyunbağı bəzəyir. Sözügedən kukla 2010-cu ildə hərracda satılıb.
2,1 milyon dollarlıq yumşaq oyuncaq
1880-ci ildən oyuncaq istehsal edən Almaniya brendi "Steiff" 2000-ci ildə dəb brendi "Louis Vuitton" ilə birgə dəyəri 2,1 milyon dollar olan ayı oyuncağı hazırlayıb.
4,6 milyon dollarlıq "Lamborghini"
Almaniyalı mühəndis Robert Qulpen tərəfindən hazırlanmış bu "Lamborghini" qızıl, platin və brilliantdan ibarətdir. Onun hazırlanması isə 500 saatdan çox vaxt sərf olunub.
5 milyon dollarlıq kukla...
Almaniya brendi "Madame Alexander"dırın kolleksiyasına daxildir. Geyim "Christian Dior", xəz "Oscar de la Renta", aksessuarı isə "Katherine Baumann" və "Swarovski"dəndir. Bir də, 9 karat brilliantı var...