Milyonçular ən çox bu şəhərlərdə yaşayır

milyoncular-en-cox-bu-seherlerde-yasayir
Oxunma sayı: 3050

Milyonçuların ən çox yaşadığı şəhərlərin adları açıqlanıb.

“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, siyahıya Honkonq liderlik edir. Burada 10 mindən çox milyonçu yaşayır. İkinci yeri Nyu-York şəhəri tutub. Burada yaşayan milyonçuların sayı 8,9 min nəfərdir. Üçüncü yerdə isə Tokio gəlir. 6,8 min zəngin iş adamı yaşamaq üçün Yaponiyanın paytaxtını seçib. 

İlk 10-luğa düşən şəhərlər arasında Los-Anceles, Çikaqo, San Fransisko, Vaşinqton, Paris, London, Osaka şəhərləri də var.