Milyonçunun 15 yaşlı qızı təyyarədə öldü

milyoncunun-15-yasli-qizi-teyyarede-oldu
Oxunma sayı: 4249

İngilis milyonçu, “Wow Toys” oyuncaq istehsalı üzrə Britaniya şirkətinin yaradıcısının qızı Nadima Ednan-Laperuz Nataşa Londondan Nitseyə uçan, “British Airways” şirkətinin təyyarəsində dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Daily Mail” nəşri məlumat yayıb.

15 yaşlı Nataşa uçuşdan öncə “Pret a Manger” mağazalar şəbəkəsinin hazırladığı, tərkibində əncir və zeytunun olduğu sendviçi yeyib. Təyyarənin göyərtəsində artıq onda kəskin alllergik reaksiya yaranıb. Atası ona zəhərlənmə əleyhinə dozadan 2 dəfə artıq dərman versə, yeniyetmə qız Nitsedə xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzet milyonçunun adını açıqlamayıb.