Milyonlar necə yerlə-yeksan edilir... - - Fotolar

milyonlar-nece-yerle-yeksan-edilir-
Oxunma sayı: 4484



“Qafqazinfo” prospektin Heydər Əliyev Mərkəzi ilə “Saatlı bina”nın arasında yerləşən beş mərtəbəli köhnə tikililərin sökülməsi ilə maraqlanıb. Ərazidə çalışanlar bildiriblər ki, binalar yerində yeni göydələnlər tikilməsi məqsədilə sökülür. Sökülən beş mərtəbələrdən köçürülən sakinlərə onların yerində inşa olunacaq 17 mərtəbəli binalardan mənzillər veriləcək. Yeni binaların yaxın 2 il ərzində hazır olacağı deyilir.

Qeyd edək ki, həmin binalardan bir neçəsi Heydər Əliyev Mərkəzinə yaxın ərazidə yerləşdiyi üçün bir neçə il əvvəl sökülüb. 

Bu günlərdə söküntüsünə başlanılan binalar isə Heydər Əliyev prospektinin kənarında yerləşən digər tikililər kimi üzlənmiş, pəncərələri və dam örtükləri dəyişdirilmiş, eyvanları yenilənmiş, bir sözlə, həmin binalara külli miqdarda dövlət vəsaiti xərclənmişdi. İndi isə göründüyü kimi həmin binalar yerlə-yeksan edilir.