Min manatlıq dələduzluq - Korrupsiya aşkarlandı

min-manatliq-deleduzluq-korrupsiya-askarlandi
Oxunma sayı: 750

Bu barədə “Qafqazinfo”ya qurumun mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Bakı şəhər sakini Fətəliyeva Ülkər Hacıkişi qızının ona qarşı dələduzluq edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Müəyyən edilib ki, özünü vəkil kimi təqdim edən Bəşirov Emin Yusif oğlu Ülkər Fətəliyevanın keçmiş həyat yoldaşından mənzil və digər maddi ödənişləri məhkəmə yolu ilə alacağına köməklik göstərəcəyini vəd edərək ondan 1.000 manat məbləğində pul almaqla dələduzluq edib.

Fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Həmçinin Astara rayon sakini Baxşıyev Şadoğlan Əkbər oğlunun ona qarşı dələduzluq edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Müəyyən edilib ki, Novruzov Oqtay Vəli oğlu tanışı Fərhadova Nisbət Ramazan qızı ilə qabaqcadan əlbir olub Ş.Baxşıyevdən oğlu Manaf Baxşıyevin barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsində istintaq edilən cinayət işinin müsbət həll olunacağı və məhkəmədə cəzasının yüngülləşdiriləcəyi adı ilə 2011-ci ilin avqust ayının ortalarından külli miqdar təşkil edən 60 min 100 manat məbləğində pulunu ələ keçirərək dələduzluq ediblər.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.