Mingəçevir sakinini 5 nəfər döyüb

mingecevir-sakinini-5-nefer-doyub
Oxunma sayı: 655

Mingəçevir sakini mübahisə zəminində döyülüb.

“Qafqazinfo” ”Report”a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Məmişov Ramal Ağagül oğlu kütləvi hücuma məruz qalıb.

Belə ki, Ramal Məmişov eyni anda 5 nəfər tərəfindən vəhşicəsinə döyülüb.

Bədəninin müxtəlif hissələrindən ağır xəsarətlər alan yaralı şəhər xəstəxanasına çatdırılıb. Hazırda müayinə və müalicəsi davam etdirilir.

Münaqişənin motivi hələ ki, bəlli deyil.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.