Mingəçevirdə ata və oğlunu bıçaqlayan şəxs saxlanılıb

mingecevirde-ata-ve-oglunu-bicaqlayan-sexs-saxlanilib
Oxunma sayı: 1447

Mingəçevir şəhər sakinləri olan ata və oğlu - Elçin və Elmir Qəmbərovlar müxtəlif bədən xəsarətləri və kəsilmiş-deşilmiş yara diaqnozu ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına daxil olublar.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, xəstəxanadan Mingəçevir şəhər Polis Şöbəsinə daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla həmin şəxsin şəhər sakini Ramin Qənbərov olduğu müəyyənləşib. Onun üzərinə baxış keçirilərkən hadisəni törədərkən istifadə etdiyi bıçaq da maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir Şəhər Poli Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.