Mingəçevirdə kafedə yanğın olub

mingecevirde-kafede-yangin-olub
Oxunma sayı: 1136

Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində ümumi sahəsi 160 m2 olan birmərtəbəli kafenin lambrindən ibarət  tavanı 100 m2 sahədə yanıb.
 
Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.