Mingəçevirə Daxili Qoşunlar yeridildi- - Foto+Video

mingecevire-daxili-qosunlar-yeridildi-
Oxunma sayı: 7643


"Qafqazinfo" virtualaz.org-a istinadən xəbər verir ki, Bəhruz Hacıyev dəfn ediləndən sonra yaxınları etiraz aksiyası keçirmək istəyiblər.

Mərhumun atası mane olmaq istəsə də, onlar aksiyaya israr ediblər.

***

Mingəçevirdə gərginlik getdikcə artır.

İğtişaşların qarşısını almaq üçün şəhərə Daxili Qoşun bölmələri yeridilib.

***

Son məlumatlara görə, şəhərin bütün mərkəzi küçələri bağlanıb. Şəhər polis idarəsinin və icra hakimiyyətinin binaları polis tərəfindən ciddi qorunur.

Azadlıq Radiosunun verdiyi məlumata görə polis idarəsinin qarşısına yürüş edənlər «Qardaşımızın qanı yerdə qalmayacaq»,  «Qanını yerdə qoymayacağıq» şüarları səsləndiriblər. Aksiyaçılarla qarşıdurmada polis səs bombalarından istifadə edib. 

Fotolar: İslam Şıxəliyə məxsusdur:

“Qafqazinfo”