Mingəçevirə qonaq gedən 6 yaşlı qız hovuzda boğuldu

mingecevire-qonaq-geden-6-yasli-qiz-hovuzda-boguldu
Oxunma sayı: 1561

Mingəçevirdə 6 yaşlı uşaq hovuza düşərək ölüb.

“Qafqazinfo” xəbər verir ki,hadisə şəhərin Naxçıvan küçəsində baş verib. İlkin məlumatlara görə, qonşu rayondan qonaq gələn 2013-cü il təvəllüdlü Duyğu Məmmədova su hovuzuna yıxılıb. Azyaşlı hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu