Mini futbol üzrə yarışlar başa çatdı - Foto

mini-futbol-uzre-yarislar-basa-catdi
Oxunma sayı: 767

Yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması, onları idmanla məşğul olmağa cəlb etmə və zərərli vərdişlərdən uzaqlaşdırmaq məqsədi ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində, o cümlədən yeni təmir olunan abad məhəllələrdə idmanın bir çox sahələri ilə məşğul olmaq üçün hər cür şəraiti olan müxtəlif idman meydançaları yaradılır.

“Qafqazinfo” xəbər verir ki, belə yerlərdən biri də 2 il əvvəl Səbail rayonu, 20-ci yaşayış sahəsində (Su İdmanı Sarayı ilə üzbəüz) yaradılmış İdman və İstirahət parkıdır. Parkda bütün yaş qruplarına aid vətəndaşların idmanla məşğul olması üçün hər cür şərait yaradılıb. Burada süni örtüklü futbol meydançası, 2 basketbol, voleybol meydanları yaradılıb, tennis stolları qoyulub, müxtəlif idman qurğuları, uşaqlar üçün skeyt-bort zolağı qurulub. Ərazidə yaşayan sakinlər və xüsusilə də parka yaxın orta məktəblərin şagirdləri gündəlik olaraq parkda idmanla məşğul olur, məşq edirlər.

Parkda həm də rəsmi yarışların keçirilməsi üçün müvafiq şərait yaradılıb. Belə ki, bu parkda Milli Qurtuluş Günü ilə əlaqədar Səbail rayoununun 49, 51, 91, 162, 163 203 və 236 nömrəli orta məktəblərinin şagirdlərindən təşkil olunmuş komandalar arasında mini-futbol üzrə turnir təşkil olunub.

Respublikanın fəxri bədən tərbiyəsi və idman işçisi, respublika dərəcəli hakim Səfər Məmmədzadənin hakimlik etdiyi turnirə ötən gün yekun vurulub və final oyununda “Tərlan” komandası qalib gəlib.

Qaliblərə və mükafatçılara diplom və medallar təqdim olunub.