Minik və yük maşını toqquşub - 5 nəfər ağır yaralanıb

Minik və yük maşını toqquşub
Oxunma sayı: 13

Daşkəsən-Gəncə yolunun 3-cü km-də 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, taksi kimi fəaliyyət göstərən Vüqar adlı sürücünün idarə etdiyi “VAZ-2107” markalı avtomobil "ZİL" ilə toqquşub.

Nəticədə taksinin sürücüsü və maşında olan 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Yaralıların vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi