Minlərlə erməninin Rusiyaya gəlişinə qadağa qoyulub

minlerle-ermeninin-rusiyaya-gelisine-qadaga-qoyulub
Oxunma sayı: 1205


“Qafqazinfo”nun AzərTac-a istinadən məlumatına görə, Ermənistanın miqrasiya xidmətinin rəhbəri Qagik Yeqanyan Parisdə nəşr olunan “Ermənistan xəbərləri” jurnalına müsahibəsində etiraf edib ki, Rusiyaya gedən ermənilərin əksəriyyəti ölkənin miqrasiya qaydalarını pozur və qruplar yaradaraq cinayətkarlıqla məşğul olurlar. Buna görə də hər il on minlərlə erməninin adı qara siyahıya daxil edilir və onların Rusiyaya gəlişinə qadağa qoyulur. Q. Yeqanyan hətta Ermənistanın Avroasiya iqtisadi ittifaqına daxil olmasına baxmayaraq Rusiya tərəfdən ermənilərə qarşı hər hansı güzəşt edilmədiyini bəyan edib.

Ermənistan miqrasiya xidmətinin məlumatına görə 2013-cü ildə 500 mindən artıq erməninin Rusiyada yaşadığı qeydə alınıb və son 20 ildə yüz minlərlə erməni Rusiya vətəndaşlığını qəbul edib. Əlbəttə, bu rəqəm leqal yaşayan erməniləri əhatə edib. Amma qeyri-leqal yaşayan ermənilərin sayı bundan qat-qat artıqdır.

Son iki ayda 2 min erməni Rusiyaya getmək barədə bu ölkənin Yerevandakı səfirliyinə müraciət etsə də, onlardan yalnız 200 nəfəri qara sıyahıdan çıxarılıb.