Minsk Qrupu Bakı və Yerevana çağırış etdi

minsk-qrupu-baki-ve-yerevana-cagiris-etdi
Oxunma sayı: 1566

ATƏT-in Minsk Qrupunun həmsədrləri regionda son hadisələr ilə bağlı tərəfləri atəşkəsə hörmətlə yanaşmağa çağırıblar.

“Qafqzinfo”nun xəbərinə görə, bu barədə Minsk Qrupunun aprelin 23-də yaydığı bəyanatda deyilir.

Həmsədrlər bu həssas dövrdə tərəflərin atəşkəsə hörmətlə yanaşmasının mühüm əhəmiyyətini vurğulayıblar:

“Tərəfləri gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə, münaqişənin sülh yolu ilə həll edilməsi üçün danışıqları bərpa etməyə çağırırıq”.